az en

Elşad Nəsirov

Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət”ordeni ilə təltif edilmişdir. Rus, ingilis, fars, hind dillərini bilir. 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları