az en

Qurban Qurbanov

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində anada olub. Futbolçu karyerası ərzində "Daşqın" (Zaqatala), "Mertsxali" (Gürcüstan), "Turan" (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi” (Bakı), “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” (Həştərxan) və “İnter” (Bakı) klublarında çıxış edib. Azərbaycan milli komandasının heyətində 65 oyun keçirib, 14 qol vurub. 2006-2007-ci illərdə “Neftçi” (Bakı) klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2008-ci ildən etibarən “Qarabağ” (Ağdam) klunun baş məşqçisidir. 2008-ci ildə Azərbaycan milli komandası Litvaya qarşı yoldaşlıq oyununa Qurban Qurbanov və Nazim Süleymanovun birgə rəhbərliyi altında çıxıb. UEFA Pro kateqoriyasına malikdir. Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.
Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” klubu ardıcıl 3 mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edib.
2017-2018-ci il mövsümündə Qurban Qurbanov “Qarabağ” klubunu UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə yüksəldib.
AFFA-nın 2016-cı il martın 11-də keçirilmiş Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib.
AFFA-nın İcraiyyə Komitəsinin 3 noyabr 2017-ci il tarixli iclasında Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları