az en

İsgəndər Cavadov

1956-cı il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1974-cü ildə ROİL-ni bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1980-cı ildə orada təhsilini başa vurub. 1983-cü ildə S.M.Kirov adına Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olub, 1990-cı ildə universiteti bitirib.
1974-1975-ci illərdə SSRİ  çempionatının II liqasında çıxış edən Sumqayıt şəhərinin “Xəzər” komandasının heyətində, 1976-cı ildə SSRİ çempionatının II liqasında çıxış edən Bakı şəhərinin “Avtomobilçi” komandasında oynayıb.
1977-1981-ci illərdə SSRİ çempionatının yüksək liqasında çıxış edən Bakı şəhərinin “Neftçi” komandasının heyətində çıxış edib.
1982-1983-cü illərdə SSRİ çempionatının yüksək liqasında çıxış edən Moskva şəhərinin “Dinamo” komandasının heyətində oynayıb və bu illərdə hərbi xidmətdə olaraq baş leytenant hərbi rütbəsinə yiyələnib.
1983-1988-ci illərdə SSRİ çempionatının yüksək liqasında çıxış edən Bakı şəhərinin “Neftçi” komandasının heyətində oynayıb.
1992-ci ildən indi dövrədək Respublika Prokrorluğunda çalışır.
1981-ci ildə SSRİ İdman ustası adına layiq görülüb.
2004-cü ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr tarixli, 1669 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “ŞÖHRƏT” oredeni ilə təltif olunub.
2008-ci ildən Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidentidir.
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları