az en

Vaqif Sadıqov

Sadıqov Vaqif Ağa Əli oğlu
1 aprel 1959-cu il. Bakı şəhəri.
 
Futbolçu karyerası:
1977-1980-ci illər “Araz” (Naxçıvan)
1980-1989-cu illər “Neftçi” (Bakı) – 115 oyun, 2 qol
1988-ci il “Nistru” (Kişinyov)
1990-1992-ci illər “Xəzər” (Sumqayıt) - 107 oyun, 46 qol
SSRİ idman ustası
 
Məşqçi karyerası:
1993-cü il “Nicat” (Maştağa)
1993-1995-ci illər “Neftçi” (Bakı) – Azərbaycan çempionatının bürünc mükafatçısı, Super kubokun qalibi, Ölkə kubokunun qalibi, UEFA kubokunun iştirakçısı – klub yarışlarında ilk reytinq xalı “Neftçi” – APOEL 0:0
1995-1996-ci il “Fərid” (Bakı) Güclülər dəstəsinə yüksəlib
1999- cu il “Anji” (Mahaçqala, Rusiya)
1999-2000-ci il “ANS-Pivani”
2001-2002-ci il “Şəfa” (Bakı) – Ölkə kubokunun qalibi, UEFA kubokunun iştirakçısı
2003-cu il “Maşinsazi” (Təbriz, İran)
2006-2008-ci il “Gənclərbirliyi” (Sumqayıt)
2009-2010-cu il “Neftçi” (Bakı)
2011-ci il “Anji” (Mahaçqala, Rusiya)
2012-2014-cü illər AZAL (Bakı)
Qeyd: 1995-1996-ci il mövsümündə “Neftçi” komandasının baş məşqçisi olaraq komandanı çempionatın gedişində birinci pillədə və məğlubiyyətsiz tərk edib. Həmin mövsümün sonunda “Neftçi” ölkə çempionu və kubokun qalibi olub.
 
Milli komanda
1993-cü il Məşqçilər Şurasının üzvü, yığmanın ilk qələbəsi  - Azərbaycan – Gürcüstan 1:0 (Gəncə şəhəri)
1994-1995-cı illər Azərbaycanın U-21 yığmasının baş məşqçisi, komandanın ilk qələbəsi – Azərbaycan - Slovakiya 1:0 (Trabzon şəhəri)
1997-1999-cu illərdə Azərbaycan “A” milli komandasının baş məşqçisi
2002-ci il Azərbaycan “A” milli komandasının baş məşqçisi
2004-cü il Azərbaycan U-21 yığmasının baş məşqçisi
2005-ci il Azərbaycanın “A” milli komandasının baş məşqçisi
2009-cu il Azərbaycan “A” milli komandasının baş məşqçisinin köməkçisi
2014-cü il AFFA Məşqçilər Komitəsinin sədri
Azərbaycanın əməkdar məşqçisi
 
FİFA və UEFA tərəfindən təşkil edilmiş kursların iştirakçısı:
1995-ci il Slovakiya
1996-ci il Hollandiya
1997-ci il Belçika
1999-cu il Rusiya
2000-ci il Malta
2001-ci il Macarıstan
2004-cü il Yunanıstan
2005-ci il Ukrayna
 
Təcrübə toplamaq məqsədilə Avropanın ən güclü komandalarının düşərgəsinə ezam edilib:
1997-ci il “Qalatasaray”, “Fenerbaxça”, “Beşiktaş”, “Kocaelispor” (hamısı Türkiyə)  
1998-ci il “Real” (Madrid, İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (Madrid, İspaniya)
 
Baş Sponsor 
Partnyorlar