az en

160 saylı orta məktəb

2010-cu il fevralın 13-də Səbail rayonundakı 160 saylı orta məktəbin idman zalında futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Sabail rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında «Məktəbli kuboku»nun açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, assosiasiyanın texniki direktoru Bernhard Lippert, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov və 160 saylı orta məktəbin direktoru Faina Ələkbərova iştirak ediblər.
 
E.Məmmədov, B.Foqts, İ.Cavadov və F.Ələkbərova çıxış edərək xoş arzularını bildirib və onları təbrik edib. Ardından yığma komandamızın baş məşqçisi Berti Foqtsa məktəbin kollektivi adından xatirə hədiyyəsi təqdim edilib. Daha sonra almaniyalı mütəxəssis məktəbli uşaqlara avtoqraf paylayıb. Rəsmi hissə bitdikdən sonra, məktəbli qızlardan ibarət rəqs qrupu öz məharətini göstərib.
 
Açılış oyununda 160 və 7 saylı orta məktəblərin komandası qarşılaşıb. Topa ilk toxunuşu millinin baş məşqçisi  Berti Foqts və İskəndər Cavadov edib.
 
 
Baş Sponsor 
Partnyorlar