az en

239 saylı orta məktəb

2009-cu oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə Respublika Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində «Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və 239 saylı məktəbin direktoru Sədaqət Əzimova çıxış etmişlər və uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.
 
AFFA tərəfindən məktəb üçün aşağıdakı ləvazimatlar verilmişdir:
Uşaqlar üçün idman geyimləri, dəftərlər, qələmlər  və dərs keçmək üçün bütün lazımi avadanlıqlar.
Futbol dərsləri V, VI və VII sinif şagirlərinə tədris olunacaq. Bu isə öz növbəsində 14 sinif və 327 şagird deməkdir. 327 şagirdin 194-ü oğlan, 133-ü isə qızdır.
 
Baş Sponsor 
Partnyorlar