az en
Bizim prioritetlər / Kütləvi futbol / Məktəblərdə futbol dərsi

Məktəblərdə futbol dərsi

Layihənin məqsədi
Orta məktəb şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması və yüksək səviyyəli futbolçuların hazırlanması bu layihənin prioritet istiqamətlərindəndir.
 
Layihənin vəzifələri
Şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək,məktəb idman müəllimlərinin futbol sahəsində olan bilik və təcrübələrini artırmaq, Şagirdlərin futbol sahəsində olan biliklərinin artırılması, şagirdlərin futbol oyun qaydalarını düzgün şəkildə təbliğ etmək, şagirdlər arasında Fair Play qaydalarını təbliğ etmək, istedadlı futbolçuları aşkar etmək və onların düzgün şəkildə professional inkişafını təmin etməkdir.
 
Layihənin təsviri
Respublika Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" na uyğun olaraq,  AFFA və Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqavilə çərçivəsində AFFA tərəfindən şagirdlər arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği və yüksək səviyyəli futbolçuların hazırlanması məqsədi ilə “Futbol həyatdır” pilot layihəsi hazırlanmışdır. Qeyd etmək lazımdır ki, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. AFFA rəhbərliyi tərəfindən məktəblərdə futbol dərsi deyəcək məşqçilər müəyyən edilmişdir və onlara almaniyalı mütəxəsisi tərəfindən təlimlər keçirilmişdir. Təlimlərin məqsədi Avropa standartlarına uyğun şəkildə hazırlanmış futbol dərslərinin tədris proqramı ilə məşqçiləri tanış etmək və onların bu proqram üzrə xüsusi tədris texnologiyalarının mənimsəməsini təmin etməkdir.
 
Məktəblərdə futbol dərslərinə start verilməsi
Layihəyə uyğun olaraq, Bakı şəhərindəki 239, 236, 190,  240, 65, 87, 189, 269, 163, 136, 201, 65 Gəncə şəhərində 24, 37, 3, Qusar şəhəri 4, Lənkəran şəhərində 5, Şiləvar kənd orta məktəbi, İsmayıllı şəhər 1 saylı və Şəki şəhər 3 saylı orta məktəblərdə V, VI və VII siniflərində AFFA-nın məşqçiləri tərəfindən futbol dərslərinin keçirilməsinə start verilmişdir. AFFA tərəfindən hər bir şagird idman geyimləri və futbol dərslərinin yüksək səviyyədə keçirilməsi məqsədilə əyani vəsaitlərlə təmin olunmuşdur. AFFA tərəfindən futbol dərslərini aparmaq üçün xüsusi məşqçilər ayrılmışdır və bu məşqçilərin məvacibi AFFA tərəfindən ödənilir. "Məktəblərdə futbol dərsi" layihəsində fəaliyyət göstərən məktəblər üçün məktəblər arasında (həm qızlar, həm oğlanlar) turnirlərin keçirilməsi planlaşdırılır. Bu oyunlara AFFA seleksionerləri və uşaq klublarının məşqçilərinin dəvət olunması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqları aşkara çıxarmaq və onların istedadlarını inkişaf etdirmək məqsədi ilə peşəkarfutbol klublarına yerləşdirməkdir.
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları