az en
Bizim prioritetlər / Kütləvi futbol / Seleksiya günləri / Uşaqlar üçün seleksiya günləri təşkil olunub

Uşaqlar üçün seleksiya günləri təşkil olunub

Martın 25-də və 26-da Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində 1998-1999 və 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün AFFA tərəfindən seleksiya günləri təşkil olunub. Martın 25-də keçirilən seleksiya prosesində 117, martın 26-da isə 105 uşaq iştirak edib.
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, AFFA-nın Texniki direktoru Bernhard Lippert, 17 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Oliver Pelzer və AFFA-nın seleksiyaçı-məşqçiləri seleksiya prosesində iştirak edən uşaqların verilən tapşırıqları icra etmək məharətini izləyib, müvafiq qeydlər aparıblar.
 
Qeyd: Tədbirdən hazırlanmış videomateriala baxmaq üçün affavideo.az saytına daxil ola bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar