az en
İctimaiyyət / Məşqçilər

Məşqçilər

AFFA tərəfindən “C” və UEFA-nın “B”, “A” və “Pro” kateqoriyalı məşqçi kursları keçirilir. Siz ilk növbədə “C” kateqoriyalı məşqçi kurslara qatıla bilərsınız. C lisenziya ilə siz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və UEFA konvensiyasını imzalayan ölkələrin ərazisində məşqçilik fəaliyyəti göstərə bilərsiniz. Ən son konvensiyaya uyğun  olaraq AFFA C lisenziyasi 2022-ci ilin əvvəlindən etibarən UEFA C lisenziyası ilə əvəz olunur. 
UEFA C lisenziyası kursları modullar ve modullararası praktika həftələri formatında keçirilir və 45 gün davam edir. Bütün UEFA lisenziyaları kurslarında olduğu kimi, UEFA C lisenziyası kurslarında da, iştirakçıların hər biri kurs ərzində müvafiq (U-13-dək) komandada mütəmadi olaraq praktiki məşqlər keçməli, komandanı oyunlara çıxarmalı və işlədiyi komandada görülən fəaliyyətlərə dair logbook (yazılı detallı hesabat) yaratmalıdır. Bu lisenziya ilə siz uşaqlara və yeniyetmələrə məşq keçə bilərsiniz.
 
Məşqçi kursuna qatıl
Baş Sponsor 
Partnyorlar