az en
Lisenziya / Siyasət
 
AFFA-nın futbol klublarının lisenziyalaşdırma siyasəti haqda bəyanatı
 
Lisenziyalaşdırma sistemi Azərbaycanda futbolun inkişafı üçün əsas vasitələrdən biridir. Biz bu sisteminin effektiv tətbiq olunmasını, klublara tələb olunan xidmətlərin və müvafiq yardımın göstərilməsini,  məlumatların vaxtında çatdırılmasını və işin səmərəliyini öz üzərimizə götürürük.
Sistemin əsas prinsipləri bitərəfliyin və məxfiliyin qorunmasıdır. Bu prinsiplər xüsusən qərarların qəbuluna aiddir. Biz təsdiq olunmuş qaydalara əsasən lisenziyalaşdırma sistemini idarə etməyə öhdəmizə götürürük. Klublar yeni tətbiq olunan qaydalar və lisenziyalaşdırma prosesinə aid sənədlərlə bağlı daha ətraflı məlumatları mövsüm ərzində təşkil edəcəyimiz seminarlar, treninqlər və AFFA-nın rəsmi internet səhifəsi vasitəsi ilə təmin olunacaqlar.
Azərbaycan futbol klublarının və klublarda çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması bizim əsas məqsədlərimizdən biridir. Biz daimi əsasda müxtəlif mövzularda tədbirlər təşkil edirik. Seminarların təşkili zamanı UEFA ilə sıx əməkdaşlıq edərək, mütərəqqi mütəxəssisləri dəvət edirik. Lisenziyalaşdırma üzrə menecerlərin biliklərini artırmaq məqsədi ilə xüsusi kurslar təşkil edirik. 
Lisenziyalaşdırma prosesinin asanlaşdırılması və şəffaflıq prinsipini artırmaq məqsədi ilə sənədləri klublardan elektron şəkildə qəbul edirik və qabaqcıl vasitələri Azərbaycan futboluna cəlb etməyə çalışırıq. 
Azarkeşlər və maraqlı olan şəxslərə daim səmərəli iş aparılır və onların fikir və istəkləri daim diqqətdə saxlanılır və lazımı yerlərə çatdırılması təmin edilir.
Bundan əlavə növbəti illlərdə əsas məqsədlərimizdən biri bütün futbol klublarımızda qadın futbolunun inkişafına yönəldiləcək işlərin görülməsidir. Bu sahədə artıq futbol klubları ilə mütamadi olaraq müzakirələr aparırır və səmərəliyin artırılması üçün işlər görülür.
Biz hər zaman çalışırıq ki, futbol klublarının lisenziyalaşdırma sistemi daim inkişaf etsin və işin səmərəliyi daha da təkmilləşdirilsin. Bunun üçün isə klublar tərəfindən lisenziyalaşdırma prosesinə münasibət bizim üçün çox vacibdir. Klublara göstərilən xidmətlərin keyfiyyətini və sistemin effektivliyini daha da artırmaq məqsədi ilə biz klubların fikirlərini müvafiq sorğu vasitəsi ilə öyrənib, onları təhlil edirik.  
AFFA klubların lisenziyalaşdırılması sistemini müvafiq qaydalar, vəsaitlər əsasında tətbiq edir. Əlavə olaraq, biz qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə, FİFA və UEFA-nın qanunlarına riayət etməyi öhdəmizə götürürük. 
Lisenziyalaşdırma qrupunun üzvləri biliklərinin təkmilləşdirilməsi məqsədi ilə mövsüm ərzində UEFA tərəfindən keçirilən seminarlarda iştirak edir və zəruri yeniliklər barədə ətraflı məlumat alir. Həmçinin lisenziyalaşdırma sisteminin bütün iştirakçıları lazımi şəkildə təlimatlandırılır və onların vəzifələri ətraflı izah olunur. Bilikləri və bacarıqları daimi olaraq yoxlanılır. 
Əlavə olaraq AFFA tərəfindən həyata keçirilən Lisenziyalaşdırma siyasəsəti UEFA tərəfindən “Klubların Lisenziyalaşdırılması üzrə keyfiyyət standartları” vasitəsi ilə müstəqil audit şirkətləri tərəfindən illik əsasda yoxlanılır.
Azərbaycanda lisenziyalaşdırma sisteminin nüfuzunu qoruyub saxlamaq üçün bütün iştirakçılar etik normalara, davranış qaydalarına, həmçinin bitərəflik və məxfilik prinsiplərinə riayət edirlər. Bu tələblərdən hər hansı pozulduğu halda müvafiq şəxs Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən sərt şəkildə cəzalandırılır. 
Biz bütün heyətin bu tədbirləri dəstəkləyəcəyinə inanırıq, Azərbaycanda futbolun ümumulikdə və Lisenziyalaşdırma sisteminin  inkişafı naminə istənilən təklifləri müzakirə etməyə hazırıq.
 
Lisenziyalaşdırma siyasəti haqqında bəyanat  AFFA rəhbərliyi tərəfindən 13.09.2019-cu il tarxidə təsdiq edilmişdir.
 
 
Baş Sponsor 
Partnyorlar