az en
Xəbərlər
Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək 20.10.2017
Oktyabrın 25-də, saat 10:30-da AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün iclası keçiriləcək. İclas aşağıda göstərilmiş  mövzuları əhatə edəcək:
  • 2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılışı
  • Paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
  • Ötən mövsümün icmalı
  • Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı
 
Lisenziyalaşdırma qrupunun hesabatı 16.08.2017
AFFA-nın Lisenziyalaşdırma qrupu növbəti illik hesabatını hazırlayıb. Hesabatı diqqətinizə çatdırırıq: HESABAT
 
Elçin Məmmədov UEFA-nın İşçi Qrupunun tərkibində 31.07.2017
Avropanın klub futbolunda idman və iqtisadi mühitin inkişafı məqsədilə UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsi (UEFA Club Licensing Committee) gələcək mövsümlər üçün nəzərdə tutulmuş UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib. 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları