az en
Milli Komandalar / Azərbaycan milli komandası (Qadınlar)
Oyunçular Məşqçilər

Rövşən Qasımov

Rövşən Orucbala oğlu Qasımov 1 fevral 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası  məşqçı fakültəsinə qəbul olmuş, 1992-cu ildə həmin fakültəni  bitirmişdir.
10 yaşında “Neftçi” klubunda futbol karyerasına başlayıb. 17 yaşından SSRİ çemionatında “Bakılı” komandasında, hərbi xidmət zamanı Ukraynanın OİK “Karpatı” komandasında, Ans Pivani, Dinamo Bakı, Neftçi kimi komandalarda cıxış edib.
1995-1998-ci illərdə  Uşaq-Gənclər İdman məktəbində ilk dəfə olaraq məşqçi kimi çıxış etmişdir. 1998-2000-ci illərdə NEFTQAZ” FK-da, 2000-2002-ci illərdə “ŞƏFA” FK-da, 2002-2004-ci illərdə 19 yaşadək oğlanlardan ibarət milli komandada, 2004-2006-cı illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandada, 2006-2008-ci illərdə “STANDART” FK-da, 2008-2011-ci ildə “BAKI” FK-da məşqçi kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən etibarən isə 17 yaşadək qızlardan İbarət milli komandada məşqçi kimi fəaliyyət göstərir.
Baş Sponsor 
Proyekt Partnyorları