az en
Milli Komandalar / Azərbaycan U-17
Oyunçular Məşqçilər Oyunlar Seçmə Mərhələlər

Üzeyir İbrahimov

Üzeyir Şahlar oğlu İbrahimov 18 yanvar 1984-cü ildə Laçın şəhərində anadan olmuşdur.
Peşəkar futbol karyerasına 1994-1996-cı illərdə qapıçı kimi fəaliyyət göstərdiyi “Xəzri” (Buzovna) FK-da başlamışdır. 1997-1999-cu illərdə “Şəfa” (Bakı), 1999-2000-ci illərdə isə “Neftçi” PFK-da futbolçu karyerasını davam etdirmişdir.
2010-2011, 2012-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandada, 2011-2012-cü illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandada qapıçı-məşqçisi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildən hazırkı dövrə qədər İnter PİK-də qapıçı məşqçisi kimi çalışır. 2013-cü ildən etibarən 19 yaşadək oğlanlardan ibarət milli komandada bu funksiyanı yerinə yetirir.
2007-ci ildə “C” kateqoriyalı, 2009-cu ildə “B” kateqoriyalı, 2011-ci ildə isə “A” kateqoriyalı məşqçi lisenziyalarına yiyələnmişdir.
Baş Sponsor 
Partnyorlar