az en
News / "Heç bir komponentdə rəqibdən geri qalmadıq"

"Heç bir komponentdə rəqibdən geri qalmadıq"

U-19 Dərc olundu: 12.02.2019 Çap
Bu gün İspaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoxlama oyunundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib:
 
 "Heç bir komponentdə rəqibdən geri qalmadıq"
"Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".
 
Baş Sponsor 
Proyekt Partnyorları