az en
News / “№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib (fotolar)

“№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib (fotolar)

AFFA Dərc olundu: 28.09.2016 Çap
Bu gün Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən biri, hazırda futbol sahəsində fəaliyyətini AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti kimi davam etdirən İsgəndər Cavadovun 60 illik yubileyinə həsr olunmuş “№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib.
 
“№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib (fotolar)
Tədbiri giriş sözü ilə kitabın müəllifi, tanınmış televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə açıb. S.Şəfizadə kitabın ərsəyə gəlməsinin hansı zərurətdən doğduğunu bildirib, hazırlıq prosesi barədə danışıb. Sonra AFFA-nın baş katibi Elxan Məmmədov, “№11 İsgəndər Cavadov” kitabının redaktoru, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, futbol veteranı İqor Ponomaryov, Gürcüstan futbolunun əfsanəvi yetirmələri Aleksandr Çivadze və Vladimir Qutsayev, belaruslu veteran futbolçu Andrey Zıqmantoviç və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək İsgəndər Cavadovun futbolçu kimi yüksək keyfiyyətlərini qeyd edib, kitabın çap olunmasının Azərbaycan futbolunun tarixinin gələcək nəsillərə ötürülməsi  baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.
İsgəndər Cavadov tədbir iştirakçılarına minnətdarlığını bildirib, futbol sahəsində gördüyü işləri hər zaman yüksək qiymətləndirən ölkə rəhbərliyinə təşəkkür edib, bundan sonra da Azərbaycan futbolunun inkişafı məqsədilə fəaliyyətini davam etdirəcəyini deyib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
 
Baş Sponsor 
Partnyorlar