az en
News / 2 saylı internat məktəbində turnir keçirilib (fotoreportaj)

2 saylı internat məktəbində turnir keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 24.01.2018 Çap
AFFA-nın təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən 2 saylı ümumi orta internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum uşaqlar üçün futbol turniri keçirilib. 
 
2 saylı internat məktəbində turnir keçirilib (fotoreportaj)
Turnirin birinci günündə 6-7 yaşlı uşaqlar yarışıb. 16 komandanın (16 qız, 45 oğlan) iştirakı ilə keçirilən yarışın ən yaxşı qız futbolçusu  Zəhra Məmmədova, ən yaxşı oğlan oyunçusu isə Nahid Verdiyev seçilib. Öz yaşıdaları arasında keçirilən oyunlarda vurulan ən baxımlı qolunun müəllifi isə Cavad Verdiyev olub.
Turnirin ikinci günündə meydana 8-10 yaşlı uşaqlar çıxıb. Yenə qalib adı uğrunda 16 komanda (18 qız, 57 oğlan) yarışıb. İsmayıl Orucquliyev turnirin bombardiri, Elnur Əliyev ən baxımlı qolun müəllifi olub. Günay Əlibəyova öz yaşıdları arasında ən yaxşı qız futbolçu seçilib.
Əlavə edək ki, şağirdlər AFFA tərəfindən idman ləvazimatları və geyimləri ilə təmin olunublar. Sonda qalib komandalara kubok, medal, diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd valideyn himayəsindən məhrum olan şagirdlərin boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, onların cəmiyyətdə özlərini tənha hiss etməməsinə və sosiallaşmasına nail olmaq, qayğı göstərməkdir.
 
 
 
Baş Sponsor 
Partnyorlar