az en
News / "26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib (fotoreportaj)

"26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 23.12.2016 Çap
Bakı Olimpiya Stadionunun konfrans zalında CBC Sport telekanalının hazırladığı "26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib. Film Azərbaycan milli komandasının 1996-cı ildə dünya çempionatının seçmə mərhələsində İsveçrə yığması üzərində qələbəsinə (1:0) həsr olunub. 
 
"26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib (fotoreportaj)
CBC Sport-un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Qələbənin 20 illiyinə həsr olunmuş "26-cı dəqiqə" filminin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar. 
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın sabiq prezidenti Fuad Musayev, Azərbaycan – İsveçrə oyununda millimizin baş məşqçisi olan  Kazbek Tuayev, veteran futbolçular Tərlan Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov, İqor Getman, idman ictimaiyyətinin nümayəndələri və mətbu orqnların təmsilçiləri iştirak ediblər. 
Filmin nümayişindən sonra Elxan Məmmədov, Fuad Musayev, Kazbek Tusayev və veteran futbolçular təəssüratlarını bölüşüblər. 
Elxan Məmmədov üzərində “31 avqust 1996-cı il, 19:26” yazılmış, AFFA-nın hədiyyəsi olan saatları  yığmamızın üzvlərinə, məşqçilər heyətinə və o dövrün federasiya rəsmilərinə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar