az en
News / Ağdam və Tərtərdə "Cəsur ürəklər"

Ağdam və Tərtərdə "Cəsur ürəklər"

Kütləvilik Dərc olundu: 15.02.2018 Çap
AFFA-nın dəstəyi ilə fevralın 19-da Ağdamın Quzanlı qəsəbəsində, fevarlın 20-də isə Tərtər rayonunda "Cəsur ürəklər" adlı layihə keçiriləcək. 
Ağdam və Tərtərdə "Cəsur ürəklər"
Layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında  futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd edək ki, AFFA-nın ötən il irəli sürdüyü “Brave Hearts” ("Cəsur ürəklər") layihəsi UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.
 
Baş Sponsor 
Partnyorlar