az en
News / ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub (fotoreportaj)

ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub (fotoreportaj)

Turnir Dərc olundu: 07.06.2016 Çap
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə təşkil edilən futzal üzrə ölkə birinciliyinə Bakı İdman Sarayında yekun vurulub.
 
ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub (fotoreportaj)
Üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Kooperasiya Universitetinin komandası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qarşılaşıb. Oyunun əsas vaxtı 6:6 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən İqtisad Universitetinin komandası 3:2, ümumi hesabda isə 9:8 hesabı ilə qalib gəlib.
Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin komandası qarşılaşıb. Rəqibini 9:2 hesabı ilə məğlub edərən ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Malik Rəhimov (ADBTİA) turnirin ən yaxşı qapıçısı, Orxan Qəhrəmanov (AKU) ən yaxşı müdafiəçisi, Əhməd Tağıyev (ANSU) ən yaxşı yarımmüdafiəçisi, Mirağa Balacayev (AİU) ən yaxşı oyunçusu, Cavid Rəhimov (BDU) isə ən yaxşı məşqçisi seçilib. Nuralı Əsədov (BDU) isə birinciliyin bombardiri olub. 
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və futbol veteranları təqdim ediblər.
Əsasnaməyə uyğun olaraq ilk 4 yeri tutmuş komandalara kubok, medal, diplomlar və AFFA tərəfindən pul mükafatı verilib.
Qeyd edək ki, aprelin 19-da start göturən ölkə birinciliyində 40 komanda və 800-dək tələbə iştirak edib. 
 
Baş Sponsor 
Partnyorlar