AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 28-də keçiriləcək “Krasnodar” (Rusiya) – “Bazel” (İsveçrə) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva, hakim-inspektoru Fritz Stuchlik olacaq.