az en
News / AFFA-nın layihəsi ilk 3-lükdə

AFFA-nın layihəsi ilk 3-lükdə

UEFA Dərc olundu: 15.11.2016 Çap
AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.
 
AFFA-nın layihəsi ilk 3-lükdə
Noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşdiriləcək. Seçilmiş 3 layihə aşağıdakılardır:
 
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – CBC Sport
- Niderland Krallığı Futbol Assosiasiyası – İNG Bank həvəskar futbol sponsorluq proqramı
- Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı
 
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş “3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
 
Baş Sponsor 
Partnyorlar