az en
News / AFFA-nın layihəsi maraqla qarşılanıb

AFFA-nın layihəsi maraqla qarşılanıb

UEFA Dərc olundu: 29.11.2016 Çap
UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”nın qalibi müəyyənləşib. 
 
AFFA-nın layihəsi maraqla qarşılanıb
Yunanıstanın paytaxtı Afinada keçirilən tədbir zamanı ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı qalib layihə olub. AFFA tərəfindən  təqdim olunmuş “CBC Sport” lahiyəsi bu meyar üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib və maraqla qarşılanıb.   
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş “3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
 
 
Baş Sponsor 
Partnyorlar