az en
News / AFFA-nın layihəsi təsdiq olunub

AFFA-nın layihəsi təsdiq olunub

UEFA Dərc olundu: 24.11.2017 Çap
AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.
Layihənin tətbiqinə başlanacaq vaxt barədə əlavə məlumat veriləcək.
 
AFFA-nın layihəsi təsdiq olunub
Baş Sponsor 
Partnyorlar