az en
News / AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA Dərc olundu: 27.01.2015 Çap
Martın 6-da, saat 11:00-da, Hilton otelində AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Baş Sponsor 
Partnyorlar