az en
News / AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək

AFFA Dərc olundu: 08.02.2016 Çap
Martın 11-də “Hilton” otelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.
 
AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək
Saat 10:00-da başlayacaq konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
 
 
Baş Sponsor 
Partnyorlar