az en
News / AFFA-nın XXV növbəti Konfransı keçirilib

AFFA-nın XXV növbəti Konfransı keçirilib

AFFA Dərc olundu: 07.03.2018 Çap
Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
 
AFFA-nın XXV növbəti Konfransı keçirilib
Əvvəlcə Azərbaycan milli komandasının ötən il keçirdiyi oyunlarda vurulmuş qollardan ibarət videoçarx nümayiş olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.
Mandat komissiyasının sədri Rəmiş Malıyev məruzə edərək Konfransın səlahiyyətli olduğunu bildirib.
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçilib.
Konfransda FIFA və UEFA nümayəndələrinin iştirak etdiyini qeyd edən baş katib Elxan Məmmədov  FIFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu FIFA-nın Konrfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət edib. Daha sonra baş katib geniş məruzə ilə çıxış edib, ardınca hesabat videoçarxı nümayiş olunub.
AFFA-nın baş mühasibi Xalid Cavadov 2017-cı ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış edib.
UEFA-nın HatTrick proqramı haqqında təqdimatla Konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənilib.
Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası turnirilə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı  izlənilib. Videoçarx başa çatdıqdan sonra söz Konfransda iştirak edən UEFA İcraiyyə Komitəsinin üzvü John Delaneyə verilib.
Konfransın öz işini bitirdiyini elan edən AFFA-nın prezidenti R. Abdullayev konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı, xanımları isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sonda AFFA və UNICEF-in birgə hazırladığı videoçarx izlənilib.
Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Baş Sponsor 
Partnyorlar