az en
News / AFFA prezidenti Rəşad Sadıqova hədiyyə təqdim edib

AFFA prezidenti Rəşad Sadıqova hədiyyə təqdim edib

AFFA Dərc olundu: 05.10.2017 Çap
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsinin son ev oyununu keçirib. Çexiya yığması ilə qarşılaşmadan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqova milli karyerasını başa vurması ilə əlaqədar hədiyyə təqdim edib, millidə keçirdiyi oyunlara görə futbol ictimaiyyəti adından futbolçuya minnətdarlığını bildirib.
 
AFFA prezidenti Rəşad Sadıqova hədiyyə təqdim edib
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları