az en
News / AFFA prezidenti Robert Prosineçki ilə görüşüb (fotolar)

AFFA prezidenti Robert Prosineçki ilə görüşüb (fotolar)

A Milli Dərc olundu: 29.08.2016 Çap
Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.
 
AFFA prezidenti Robert Prosineçki ilə görüşüb (fotolar)
Görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, AFFA-nın texniki direktoru Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak edib. Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb.
 
Baş Sponsor 
Partnyorlar