az en
News / AFFA rəhbərliyi prezentasiyanı təqdim edib

AFFA rəhbərliyi prezentasiyanı təqdim edib

AFFA Dərc olundu: 05.09.2017 Çap
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb. 
 
AFFA rəhbərliyi prezentasiyanı təqdim edib
AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.
 
Baş Sponsor 
Partnyorlar