az en
News / AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb

AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb

UEFA Dərc olundu: 28.04.2015 Çap
Bu gün İsveçrənin Nyon şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və Lisenziya qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Fair Play və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb.
 
AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb
2015/2016-cı il lisenziyalaşdırma mövsümünün  yekunu ərəfəsində bu görüş UEFA və AFFA-nın qarşılıqlı təşəbbüsü ilə keçirilib. UEFA rəsmisi bildirib ki, UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə Fair Play-i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdir. Avropa futbol qurumunun nümayəndəsi klublara aid olan sənədlərin UEFA standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb. Həmçinin, görüşdə AFFA tərəfindən klubların lisenziyalaşdırması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.
 
Baş Sponsor 
Partnyorlar