az en
News / AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb

AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb

UNICEF Dərc olundu: 20.11.2015 Çap
Bir neçə ildir əməkdaşlıq edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və UNICEF arasında növbəti müqavilə imzalanıb.
 
AFFA və UNICEF arasında növbəti  müqavilə imzalanıb
Hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır. Əməkdaşlıq çərçivəsində AFFA və UNICEF uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparılacaq.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA-UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb. 
Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edib.
 
Baş Sponsor 
Partnyorlar