az en
News / AƏFM layihəsi Cocuq Mərcanlıda (fotoreportaj)

AƏFM layihəsi Cocuq Mərcanlıda (fotoreportaj)

AƏFM Dərc olundu: 16.04.2019 Çap
AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 16-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
 
AƏFM layihəsi Cocuq Mərcanlıda (fotoreportaj)
Tədbirdə AFFA-nin birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Xaçmaz rayonundan seçilmiş deputatı İlham Əliyev, Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev iştirak edib. Layihənin rəhbəri R.Əliyev, Millət vəkili İ.Əliyev və İdman İdarəsinin rəisi E.Məstəliyev çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər. Layihə çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
Xatırladaq ki, 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına köməklik göstərmək, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir.
 
Baş Sponsor 
Partnyorlar