az en
News / AƏFM layihəsi Göyçayda (fotolar)

AƏFM layihəsi Göyçayda (fotolar)

AƏFM Dərc olundu: 22.09.2017 Çap
Sentyabrın 22-də Göyçay rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
 
AƏFM layihəsi Göyçayda (fotolar)
AFFA və  Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər  Futbol  Federasiyasının prezidenti  Rauf  Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə çıxış edənlər ilk növbədə UEFA-nın İcraiyyə Komitəsinin 2019-cu ildə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar isə əyləncəvi futbol nümayiş etdiriblər.
Baş Sponsor 
Partnyorlar