az en
News / AƏFM layihəsi Xaçmazda (fotolar)

AƏFM layihəsi Xaçmazda (fotolar)

Kütləvilik Dərc olundu: 14.08.2019 Çap
Avqustun 10-da Xaçmazda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
 
AƏFM layihəsi Xaçmazda (fotolar)
AFFA-nın və Xaçmaz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Millət vəkilləri Siyavuş Novruzov, Eldar İbrahimov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Yevda Abramov, Azər Badamov, Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və digər qonaqlar iştirak edib. 
 
Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihədə iştirak edən uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
 
Baş Sponsor 
Partnyorlar