az en
News / AƏFM layihəsi Yevlaxda (fotolar)

AƏFM layihəsi Yevlaxda (fotolar)

AƏFM Dərc olundu: 27.12.2017 Çap
“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Yevlax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax rayonunda keçirilib.
 
AƏFM layihəsi Yevlaxda (fotolar)
Tədbirdə  Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq - Gənclər  Futbol  Federasiyasının prezidenti  Rauf  Əliyev, Yevlax rayonundan seçilmiş millət vəkili İlham Məmmədov, Göyçay  rayonundan seçilmiş deputat Sabir Hacıyev, YAP  Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Sonda natiqlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbriklərini çatdırıblar, uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
 
 
Baş Sponsor 
Partnyorlar