az en
News / “Akademiya kuboku” turniri keçiriləcək

“Akademiya kuboku” turniri keçiriləcək

Turnir Dərc olundu: 15.01.2019 Çap
Xəbər verdiyimiz kimi, ötən il dekabrın 7-də AFFA-nın Futbol Akademiyasının inzibati binasında qurumun əməkdaşları ilə müstəqil fəaliyyət göstərən bir neçə uşaq futbol məktəbinin rəhbərləri arasında görüş keçirilib. 
 
“Akademiya kuboku” turniri keçiriləcək
Görüşün yekun nəticəsinə əsasən, Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında “Akademiya kuboku” turniri təşkil olunacaq. Fevralın 5-də başlayacaq turnirdə  2011-2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar iştirak edəcəklər. Komandalar və futbolçular yanvarın 16-dan fevralın 1-dək qeydiyyatdan keçməlidirlər.
 
Əlaqələndirici şəxs: Tural Nəcəfov
Telefon: 0555843876
 
Baş Sponsor 
Partnyorlar