az en
News / Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya üçün qeydiyyat

Futzal Dərc olundu: 31.03.2017 Çap
Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak etmək istəyən KİV nümayəndələri akkreditasiya əldə etmək üçün aprelin 3-dək qeydiyyatdan keçməlidirlər.
 
Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
Yuxarıda qeyd olunanlar 3 aprel saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Əsas mərhələnin təqvimini bir daha diqqətinizə çatdırırıq:
8 aprel
Saat 16:00 Macarıstan – Albaniya
Saat 18:30 Azərbaycan – Bosniya və Herseqovina
 
9 aprel
Saat 16:00 Bosniya və Herseqovina – Macarıstan
Saat 18:30 Azərbaycan – Albaniya
 
11 aprel
Saat 17:30 Albaniya - Bosniya və Herseqovina
Saat 20:00 Macarıstan – Azərbaycan
 
Baş Sponsor 
Partnyorlar