az en
News / Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya üçün qeydiyyat

Çimərlik futbolu Dərc olundu: 11.06.2018 Çap
İyunun 22-dən 24-dək Bakıda təşkil ediləcək Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri iyunun 11-dək qeydiyyatdan keçməlidirlər.
 
Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
Yuxarıda qeyd olunanlar 11 iyun saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Oyunların keçirilmə tarixini və başlama vaxtını diqqətinizə çatdırırıq:
22 iyun
Saat 14:45 İsveçrə - Ukrayna
Saat 16:00 Portuqaliya – Belarus
Saat 17:15 Almaniya – İtaliya
Saat 18:30 Fransa – Azərbaycan
 
23 iyun
Saat 14:45 İsveçrə - Almaniya
Saat 16:00 Portuqaliya – Fransa
Saat 17:15 İtaliya – Ukrayna
Saat 18:00 Belarus – Azərbaycan
 
24 iyun
Saat 14:45 Ukrayna – Almaniya 
Saat 16:00 Belarus - Fransa
Saat 17:15 İtaliya – İsveçrə
Saat 18:30 Azərbaycan - Portuqaliya
 
Baş Sponsor 
Partnyorlar