az en
News / AL-in final oyunu ilə bağlı işgüzar səfər

AL-in final oyunu ilə bağlı işgüzar səfər

Avropa Liqası Dərc olundu: 13.02.2018 Çap
UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.
 
AL-in final oyunu ilə bağlı işgüzar səfər
Həftəsonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı paytaxtımızdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər. Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.
 
Baş Sponsor 
Partnyorlar