az en
News / Almaniya - Azərbaycan: Məşqçi fikirləri

Almaniya - Azərbaycan: Məşqçi fikirləri

DÇ-2018 Dərc olundu: 09.10.2017 Çap
DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Almaniya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Almaniya - Azərbaycan: Məşqçi fikirləri
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq, qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı. Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı çıxış etdik. Şimali İrlandiya yığması ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
 
Yoaxim Löv (Almaniya millisinin baş məşqçisi): “Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdır. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər”.
 
Baş Sponsor 
Partnyorlar