az en
News / Andrea Traverso AFFA-da görüşlər keçirib (fotolar)

Andrea Traverso AFFA-da görüşlər keçirib (fotolar)

Lisenziya Dərc olundu: 13.10.2016 Çap
UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. Bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
 
Andrea Traverso AFFA-da görüşlər keçirib (fotolar)
Daha sonra Andrea Traverso, AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi” PFK, “Qəbələ” İK, “İnter” PİK və “Qarabağ” FK-nın rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.
Andrea Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.
 
Baş Sponsor 
Partnyorlar