az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

AFFA Dərc olundu: 17.10.2018 Çap
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Apellyasiya Arbitraj Tribunalının qərarları
“Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
XVII Topaz Premyer Liqasının V turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt”  FK-nın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilsin. “Sumqayıt”  FK-nın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilsin.
 
Baş Sponsor 
Partnyorlar