az en
News / Apellyasiya və Ekspert Komitəsinin qərarları

Apellyasiya və Ekspert Komitəsinin qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 03.03.2015 Çap
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Apellyasiya və Ekspert Komitəsinin qərarları
 İclasda  “İnter” PİK (futbolçu Sezar Meza Kolli və  məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu  (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə  baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. “İnter ” PİK-in  müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər  6 aylıq cəzadan isə 1 illik  sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi  Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
 
Baş Sponsor 
Partnyorlar