az en
News / Avro-2020: Final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Avro-2020: Final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Avro-2020 Dərc olundu: 30.11.2019 Çap
Bu gün  Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi  və konsert kompleksində 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
 
Avro-2020: Final mərhələsinin püşkatma mərasimi keçiriləcək
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev,  AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edəcəklər.
 
Baş Sponsor 
Partnyorlar