az en
News / Avro-2020: Sponsorların nümayəndələri Bakıda səfərdədir (fotolar)

Avro-2020: Sponsorların nümayəndələri Bakıda səfərdədir (fotolar)

Avro-2020 Dərc olundu: 22.08.2019 Çap
Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.
 
Avro-2020: Sponsorların nümayəndələri Bakıda səfərdədir (fotolar)
Bu gün Bakı Olimpiya Stadionunda Alipay, Booking.com, FedEx, Hisense, SOCAR və Volskwagen şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.
Avro-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.
Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

 
Baş Sponsor 
Proyekt Partnyorları