az en
News / Avropa Liqası Final-2019: Tərəfdaşların tanışlıq xarakterli səfəri (fotoreportaj)

Avropa Liqası Final-2019: Tərəfdaşların tanışlıq xarakterli səfəri (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 16.11.2018 Çap
2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.
 
Avropa Liqası Final-2019: Tərəfdaşların tanışlıq xarakterli səfəri (fotoreportaj)
Final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar..
Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə UEFA Avropa Liqasının layihə meneceri Andreas Schar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları BOS-un ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.
Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
 
Baş Sponsor 
Partnyorlar