az en
News / Azarkeş Festivalında finalın rəsmi ictimai baxışı

Azarkeş Festivalında finalın rəsmi ictimai baxışı

Avropa Liqası Dərc olundu: 27.05.2019 Çap
Xəbər verdiyimiz kimi, mayın 25-dən etibarən Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı keçirilir. 
 
Azarkeş Festivalında finalın rəsmi ictimai baxışı
Azarkeş Festivalının keçirildiyi ərazidə müxtəlif əyləncə nöqtələri fəaliyyət göstərir. Final oyunu günü – mayın 29-da isə azarkeşləri daha bir sürpriz gözləyir. Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda UEFA Avropa Liqasının “Çelsi” və “Arsenal” klubları arasında keçiriləcək final qarşılaşmasının rəsmi ictimai baxışı təşkil olunacaq. Azarkeş Festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.
 
Baş Sponsor 
Partnyorlar