az en
News / Azərbaycan - Malta: Məşqçi fikirləri

Azərbaycan - Malta: Məşqçi fikirləri

Avro-2016 Dərc olundu: 29.03.2015 Çap
Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan – Malta oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan - Malta: Məşqçi fikirləri
Pietro Godhin (Malta millisinin baş məşqçisi): “Futbol riyaziyyat deyil. Bu oyunda qələbə də, məğlubiyyət də var. 2 top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimiz ucbatından uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. Fasilədən sonra yaxşı oynadıq. Hakimliklə bağlı müsbət fikirdəyəm, hər hansı başqa bir söz deyə bilmərəm”.
 
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Oyundan narazı qaldım. Bəzi məqamlarda istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdi. Bundan da yaxşı oynaya bilərik. Futbolçuların potensialı bundan da yaxşı oynamağa imkan verir. Oyundan öncə qarşılaşmanın çətin olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Futbolda hər şey mümkündür. Rəqib bərabərlik qolu vurub, hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıdan oyunlarımız gəlir. Bundan sonra motivasiya daha yüksək olacaq”. 
 
Baş Sponsor 
Partnyorlar