az en
News / Azərbaycan - Norveç: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan - Norveç: Akkreditasiya üçün qeydiyyat

DÇ-2018 Dərc olundu: 26.09.2016 Çap
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri sentyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.
 
Azərbaycan - Norveç: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
 
 
Yuxarıda qeyd olunanlar 30 sentyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Baş Sponsor 
Partnyorlar