az en
News / Azərbaycan – Belarus: Məşqçi fikirləri

Azərbaycan – Belarus: Məşqçi fikirləri

A Milli Dərc olundu: 23.03.2018 Çap
Azərbaycan və Belarus  milli komandaları arasında Bakı Olimpiya Stadionunda keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Belarus: Məşqçi fikirləri
Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Məğlub olmaq istəməzdik, amma yenilgi ilə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən isə narazı qaldım. Hücumlar təşkil edirdik, oyunçular istəkli idilər. Ancaq təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq.
Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq.
Milli komandada debüt edənlərdən razı qaldım. Bəzilərinin yaşı 30-31-ə çatsa da, ilk dəfə idi yığmanın formasını geyinirdi.
U-21-in Kosovo ilə keçirdiyi oyunu da izlədim və razı qaldım. Bu cür hava şəraitində düşündüyümüz futbolu nümayiş etdirmək mümkün deyildi. Ancaq futbolçular oyun intizamından qopmadılar, hətta topsuz vəziyyətdə nə etmək lazım olduğunu bilirdilər”.
 
İqor Kriyuşenko (Belarus milli komandasının baş məşqçisi): “Komanda uzun müddət idi rəhbərliyim altında qələbə qazana bilmirdi. Buna görə də, qalib gəlməyimiz çox vacib idi. Oyun zamanı topu özümüzdə daha çox saxlamağa çalışdıq. İlk dəqiqələrdə bu alındı. Ancaq dəqiqələr keçdikcə komandamın ifasında arzuladığım oyunu görə bilmədim. Rəqib təzyiqi artırsa da, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etməyə çalışdıq. Bəzən istəyimizə çatdıq, bəzi epizodlarda isə alınmadı. Millinin hazırkı heyətində yer alan oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edirlər. Bizdə isə çempionat hələ başlamayıb və oyunçuların çoxu formada deyillər. Azərbaycanda isə əksinə, çempionat davam edir və oyunçular yaxşı formadadırlar”.
 
Baş Sponsor 
Partnyorlar